logo

İstanbuldan qaixan təyyarə quş sürüsünə toqquşub geri qayıtdı

18:48 03-01-2021 | icon 2100
İstanbuldan qaixan təyyarə quş sürüsünə toqquşub geri qayıtdı

“Türk Hava Yolları” aviaşirkətinə məxsus "B777-F" tipli yük təyyarəsi İstanbulun “Atatürk” hava limanından havalandıqdan qısa zaman sonra geri dönərək təcili eniş edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, təyyarənin enmə səbəbi quş sürüsü ilə qarşılaşması nəticəsində gövdəsində yaranan nasazlıq olub.

Şirkətdən verilən açıqlamada TK6220 reysi üzrə uçan yük təyyarəsinin İstanbul-Almatı səfərini yerinə yetirmək üçün havaya qalxdığı bildirilib.