logo

İranda koronavirusdan daha 102 ölüm qeydə alınıb

13:47 03-01-2021 | icon 336
İranda koronavirusdan daha 102 ölüm qeydə alınıb

İranda son sutka ərzində 5 min 960 nəfər virusa yoluxub, 102 nəfər isə ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari verib.

O bildirib ki, bununla da İranda virusa yoluxanların ümumi sayı 1 milyon 243 min 434-ə, ölənlərin sayı isə 55 min 540-a çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 4 min 953 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 1 milyon 13 min 18 xəstə isə sağalaraq evə buraxılıb.