logo

İranda daha 101 nəfər koronavirusdan dünyasını dəyişib

18:55 02-01-2021 | icon 2023
İranda daha 101 nəfər koronavirusdan dünyasını dəyişib

İranda son sutka ərzində 6 min 45 nəfər COVID-19 virusuna yoluxub, 101 nəfər isə ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari verib.

O bildirib ki, bununla da İranda bu virusdan ölənlərin sayı 55 438 nəfərə yüksəlib.

Beləliklə İranda bu virusa yoluxanların sayı 1 237 474 nəfərə çatıb. Virus daşıyıcılarından 4 981 nəfərin vəziyyəti ağırdır.
Ölkədə indiyədək 1 004 326 nəfər koronavirusdan sağalıb, 7,72 milyondan çox diaqnoz testi həyata keçirilib.
Hazırda İranda 4 rayon qırmızı zona, 43 rayon narıncı zona və 401 rayon sarı zona hesab olunur.