logo

Qarabağda 1138 itkin hesab edilən erməni hərbçisinin cəsədi tapılıb

15:49 01-01-2021 | icon 1652
Qarabağda 1138 itkin hesab edilən erməni hərbçisinin cəsədi tapılıb

Noyabrın 10-dan indiyədək Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə erməni hərbçilərin cəsədlərinin toplanması işləri davam edir.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, dekabrın 31-də Cəbrayılda 2, Xocavənd rayonu ərazisində isə daha 1 hərbçinin cəsədi tapılıb. Bununla da bu günə qədər 1138 itkin düşmüş hesab edilən erməni hərbçisinin cəsədi tapılıb. 

 

Qeyd olunub ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə onlar Hadrut, Füzuli və Qubadlı istiqamətlərində qarşıdakı günlərdə də  axtarışlar davam etdiriləcək.