logo

Sabah Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

11:30 01-01-2021 | icon 1533
Sabah Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Yanvar ayının 2-i səhər saatlarından etibarən Bakının mərkəzində və qəsəbələrindəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.