logo

Azərbaycanın Milli Qəhrəmanının təqaüdü 1800 manatadək artırıldı

17:10 31-12-2020 | icon 1617
Azərbaycanın Milli Qəhrəmanının təqaüdü 1800 manatadək artırıldı

Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.

YeniAvropa xəbər verir ki, fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün təsis edilmiş ayda 1500 (min beş yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdün məbləği 1800 manata qaldırılıb.

Müəyyən edilib ki, Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası prezidentinin təqaüdü həmin şəxslərin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına və birinci növbədən digər qohumları olmayan baba və nənələrinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödəniləcək.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 300 (yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” 500 manata qaldırılıb.