logo

Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

14:54 31-12-2020 | icon 1785
Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev dekabrın 31-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Ümit Dündar və Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxil olub.