logo

Prokurorluq əməkdaşları təltif edilib

12:30 31-12-2020 | icon 2128
Prokurorluq əməkdaşları təltif edilib

Prezident İlham Əliyev dekabrın 31-də xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 nəfər “Vətən uğrunda”, 3 nəfər “Tərəqqi”, 15 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.