logo

Prezident FHN-in bir qrup əməkdaşını fəxri ad və medallarla təltif edib

12:09 31-12-2020 | icon 1771
Prezident FHN-in bir qrup əməkdaşını fəxri ad və medallarla təltif edib

Dekabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşını xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunmasına dair sərəncamlar imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamlara əsasən, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, dörd nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Həmçinin 11 nəfər “Hərbi xidmətlərə görə”, altı nəfər “Dövlət qulluğunda fərqlənməyə görə”, bir nəfər isə 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medallarına layiq görülüb.

Bundan başqa, iki nəfərə “Əməkdar həkim”, beş nəfərə isə “Əməkdar mühəndis” fəxri adı verilib.