Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır!
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır!” adlı tədbir keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Tədbirin rəsmi hissəsi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.
Nazir Hulusi Akar da Azərbaycan ilə Türkiyə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini bildirib.
Tədbir zamanı Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan telefon vasitəsilə əlaqə saxlayaraq iştirakçıları salamlayıb, Vətən müharibəsində qazanılan zəfərlə bağlı Azərbaycan dövlətini, xalqını və əsgərini bir daha təbrik edib.
Sonda tədbir iştirakçıları Azərbaycan və Türkiyə qardaşlığını əks etdirən fotosərgi ilə tanış olublar.
Bakıda mənzildən qadın meyiti tapılıb
Belarus dünya çempionatı keçirməkdən məhrum edildi
Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb
Almaniyanın xarici işlər naziri Türkiyədə səfərdədir
Mədəniyyət Nazirliyi Bakıdakı alman kilsəsi haqda videoçarx hazırlayıb
Nazir şəhid olan Daxili Qoşunların hərbçilərinin sayı açıqladı
Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib
Laçının gəzməli-görməli yerləri haqda videoçarxı hazırlanıb
Hirkan Milli Parkında baş vermiş yanğın 5 gündür davam edir
Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfərə çatır
MN Kəlbəcər rayonunun Alolar kəndinin videogörüntülərini paylaşıb
Yanvarın 20-də paytaxtda bəzi avtobusların hərəkəti dəyişdiriləcək
Ərdoğan:Qarabağ məsələsindəki qəti əzmimizi bütün dünyaya göstərdik
Vətən Müharibəsində şəhidlərinin sayı 2855 oldu-YENİ SİYAHI
Dövlət Xidməti polietilen torbalarla bağlı sahibkarlara çağırış etdi
İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında açılışlarda olub
Sergey Lavrov Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsindən danışdı
Baş Prokurorluq IT menecer və mühəndis-proqramçılar axtarır
Azərbaycan ötən il 183 ölkə ilə ticarət əməliyyatları aparıb
Siyavuş Aslanın küçədə yaşayan oğlu xəstəxanaya yerləşdirildi
Metronun “8 Noyabr” stansiyasına rəis təyin olunub
Türkiyədə 1344 kəndlə nəqliyyat əlaqəsi kəsilib
Sabah Bakıda sulu qar və qar yağacaq, 6° isti olacaq
Füzulinin işğaldan azad edilən Merdinli kəndinin görüntüləri yayıldı