logo

Hadrut və Füzulidə daha 22 erməni hərbçinin cəsədi tapıldı

15:35 30-12-2020 | icon 1771
Hadrut və Füzulidə daha 22 erməni hərbçinin cəsədi tapıldı

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə erməni hərbçilərin cəsədlərinin toplanması davam edir.

YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.Bildirilib ki, ötən gün daha 22 hərbçinin cəsədi tapılıb.

Qeyd olunub ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə onlar Hadrut, Füzuli və Qubadlı istiqamətlərində tapılıblar.

Cəsədlərin axtarışları qarşıdakı günlərdə də davam etdiriləcək.