logo

Ötən gün axtarışda olan 88 nəfər saxlanılıb

12:08 30-12-2020 | icon 1757
Ötən gün axtarışda olan 88 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən  ötən gün ərzində törədilmiş 14 cinayətin üstü“isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli üç, qanunsuz saxlanılan silah-sursatla bağlı üç fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.