logo

Milli Məclisin plenar iclası keçirilir

11:07 30-12-2020 | icon 1750
Milli Məclisin plenar iclası keçirilir

Dekabrın 30-da Milli Məclisin 2020-ci il üçün payız sessiyasının sonuncu plenar iclası keçirilir.

YeniAvropa xəbər verir ki, iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib:

-“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş);

-Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş);

-Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş);

-“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş);

-“Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi;

-Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında;

-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.