logo

Xorvatiyada 6,3 ballıq zəlzələ oldu: ölən və yaralananlar var

22:30 29-12-2020 | icon 2247
Xorvatiyada 6,3 ballıq zəlzələ oldu: ölən və yaralananlar var

Xorvatiyada  yerli vaxtla saat 12.20 də Pixter cədvəli üzrə 6,3 bal gücündə zəlzələ baş verib.

 YeniAvropa "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

İlkin məlumata görə, 7 nəfər ölüb, 20 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, yeraltı təkanların mərkəzi əhalisi 800 min nəfərdən çox olan Zaqreb şəhərindən 51 km cənub-şərqdə, əhalisinin sayı 50 min nəfərə yaxın olan Sisak şəhərindən 9 km cənub-qərbdə yerləşib.

Zəlzələ 10 km dərinlikdə baş verib.

Zəlzələdən ən çox Sisak şəhər xəstəxanası ziyan görüb. Binanın yuxarı mərtəbələri dağılıb.