logo

5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu

20:10 29-12-2020 | icon 1708
5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 5-i polkovnik, 39-u polkovnik-leytenantdır.