“Innoweek-İnnovasiya həftəsi”nə həsr olunmuş müsabiqə yekunlaşıb
Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, "Azercell Telekom” MMC-nin rəqəmsal sponsorluğu ilə keçirilən "InnoWeek-İnnovasiyalar həftəsi 2020” çərçivəsində jurnalistlər arasında müsabiqənin nəticələri açıqlanıb.
YeniAvropa xəbər verir ki, müsabiqəni münsiflər heyətinin 3 nominasiya üzrə qiymətləndirməsi nəticəsində "Innoweek-İnnovasiya həftəsi 2020” haqqında ”Ən yaxşı veriliş” nominasiyasında "ARB 24" televiziyasının "İş vaxtı” verilişinin müəllifi Faiq Abasquliyev, "Ən yaxşı TV süjet” nominasiyası üzrə "CBC" televiziyasının əməkdaşı Nigar Rəhmanova, "Ən yaxşı məqalə” müəllifi kimi "Oxu.az” saytından İlhamə Əbülfət qalib seçilib. Qaliblərə sertifikat və dəyərli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, "InnoWeek – İnnovasiya həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, "Azercell Telekom” MMC-nin birgə tərəfdaşlığı ilə dekabrın 14-19-da onlayn şəkildə baş tutub. Azərbaycanda innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi məqsədlərinə xidmət edən tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə bir-birindən maraqlı və fərqli toplantılar təşkil olunub. Bu günlər ərzində Ümumdünya İnternet Sammiti, kibertəhlükəsizlik vebinarı, "İnnovasiyalar və Texnologiyalar” Forumu, "Yaradıcı həllərə doğru” Olimpiadası keçirilib, onlayn kiber idman turniri təşkil olunub. Eyni zamanda, 2019-2020-ci illər ərzində innovasiya fəaliyyəti istiqamətində müxtəlif nominasiyalar üzrə ən təşəbbüskar və fəal şirkət və layihələr mükafatlandırılıb.
Mikayıl Cabbarov SOCAR-ın satılacağı xəbərini təkzib etdi
Putinin Qara dəniz sahillərində milyardlıq sarayı üzə çıxdı
İşğaldan azad olunmuş ərazilərimizə 2,2 milyard manat xərclənəcək-Nazir
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü
Əfv Komissiyasının yeni tərkibi formalaşıb - Yeniliklər gözlənilir
Komissiyada 3443 səfərbərliyə cəlb olunan vətəndaşın müraciərinə baxılıb
Allahşükür Paşazadə:Qorbaçov cəzasını almalıdır
Erkan Özoral MHP sədrinin Şuşada məktəb açmasına münasibət bildirdi
Yük maşını traktorla toqquşdu-1 nəfər öldü
Mədət Quliyev zavod direktorunun vəzifəsindən azad etdi
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım etdi
DİN əməliyyat keçirdi: Bakı və Sumqayıtda silahlı şəxslər saxlanıldı
Sabah Bakıda sulu qar, qar yağacaq
Ötən il Bakı–Tbilisi–Ceyhan kəməri ilə 27,4 milyon ton neft nəql olunub
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Qaxda 43 sm qar yağdı, Xəzərdə dalğa 2,7 metrə qalxdı..
Azərbaycan nefti 56,39 dollara satılır
ABŞ-ın 46-cı prezidentinin bu gün andiçmə mərasimi keçiriləcək
Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut olacaq
Yağan qar Ağsu dolaylarında hərəkəti çətinləşdirib
Dünya çempionatında tamaşaçıların iştirakına icazə verilməyəcək
XİN Qara Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
Mehriban Əliyeva “Instagram”da 20 Yanvar faciəsindən yazdı