Ərəb şirkəti Azərbaycanda külək elektrik stansiyası tikəcək
Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti arasında, həmçinin şirkətlə “Azərenerji” ASC arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi ilə bağlı müqavilələr imzalanıb.
YeniAvropa xəbər verir ki, imzalanma mərasimi dekabrın 29-da onlayn formatda baş tutub.
İlk olaraq müqaviləni energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkətinin idarə heyətinin sədri Məhəmməd Əbunəyyan imzalayıblar. Növbəti müqavilə isə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev ilə “ACWA POWER” şirkətinin idarə heyətinin sədri Məhəmməd Əbunəyyan arasında imzalanıb.
Qeyd edək ki, dekabrın 29-da prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti arasında əməkdaşlıq haqqında memorandumu imzalanıb. Sənədi energetika nazirinin müavini Samir Vəliyev və “ACWA POWER” şirkətinin direktoru Ayad Əl Amri imzalayıb. Anlaşma memorandumu Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya qoyuluşu, bunun üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirir. Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti əsasən bərpa olunan enerji mənbələrindən istifadə və dəniz suyunun duzsuzlaşdırılması sahələrində ixtisaslaşmış şirkət olaraq enerji və su layihələrini həyata keçirir. Şirkət hazırda Asiya və Afrika ölkələrində, o cümlədən Misir, İordaniya və digər ölkələrdə külək və günəş enerjisi layihələrini həyata keçirir.
Prezident İlham Əliyev Rəşad Nəbiyevi NRYT naziri təyin etdi
İlham Əliyev Ramin Quluzadəni nazir vəzifəsindən azad etdi
Erməni tərəfinə qaytarılan cəsədlərin sayı açıqlandı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Strasburqda Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olunub
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıblar
Cəbrayıl rayonunun Karxulu kəndindən videogörüntülər
Azərbaycan neft 55,83 dollara satılır
Qusar rayon Mərkəzi Xəstəxanasının baş direktoruna cinayət işi açıldı
Aygün 50 yaşını belə qeyd etdi-VİDEO
DTX tərəfindən saxlanılan icra başçısının məhkməsi başlayır
Boks üzrə komanda dünya kuboku təxirə salınıb
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon 145 min nəfərə çatıb
ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır-Hikmət Hacıyev
Türkiyədə daha 137 nəfər koronavirusdan həyatını itirib
FHN: Dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb
Nazirlər Kabineti 2021-ci il üçün prioritetləri müəyyənləşdirib
FHN Xırdalandakı partlayışla bağlı məlumat yayıb
Ötən il “Azercell”in LTE şəbəkəsi öllkə üzrə 85 %-dən çox genişlənib
Füzuli rayonunun işğaldan azad edilmiş Dövlətyarlı kəndi-VİDEO
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü
Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi qeyd ediləcək
“Azərbaycan və Ermənistan arasında əldə olunan sülhü alqışlayırıq”-Avropa Şurası baş katibi
250 qırqovul vəhşi təbiətə buraxılıb
Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndi- VİDEO