logo

5203 hərbi qulluqçu "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu

17:37 29-12-2020 | icon 1715
5203 hərbi qulluqçu "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5203 hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 1-i general-leytenant, 15-i polkovnik, 56-sı polkovnik-leytenantdır.