logo

Qəbələyə istirahətə gədən şəxslər inzibati məsuliyyətə cəlb ediliblər

15:55 29-12-2020 | icon 1743
Qəbələyə istirahətə gədən şəxslər inzibati məsuliyyətə cəlb ediliblər

Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejiminin elan edildiyi şəhər və rayonlardan qaydaları pozaraq istirahət məqsədilə rayona gələn şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildirilib ki, şəhər ərazisindəki istirahət mərkəzlərinə gedən yollarda avtomobillər yoxlanış məqsədilə polislər tərəfindən saxlanılıb. Yoxlama zamanı bəzi şəxslərin iş üçün onlara verilmiş icazələrdən sui-istifadə edərək ailəsi ilə birgə istirahətə gəldikləri müəyyənləşdirilib. Bəzilərinin isə qeyri-qanuni yollarla bayramqabağı rayona üz tutduqları müəyyən edilib. Onlar məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr gətirsələr də, karantin rejiminin tələbləri onların diqqətinə çatdırılıb, bu tədbirlərin vətəndaşların sağlamlığının qorunması məqsədilə həyata keçirildiyi izah olunub.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.