logo

Prezident 4646 hərbi qulluqçunu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif etdi

14:41 29-12-2020 | icon 1799
Prezident 4646 hərbi qulluqçunu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif etdi

Dekabrın 29-da prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 4646 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Bu medala layiq görülən hərbi qulluqçuların 1-i general-leytenant, 4-ü general-mayor, 31-i polkovnik, 141-i isə polkovnik-leytenantdır.