logo

3572 hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olundu

13:07 29-12-2020 | icon 1645
3572 hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olundu

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş 3572 hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Bu medala layiq görülən hərbi qulluqçuların 2-si general-mayor, 16-sı polkovnik, 69-u isə polkovnik-leytenantdır.