logo

Mövlud Çavuşoğlu Qarabağı müzakirə etmək üçün Moskvaya gedir

15:55 28-12-2020 | icon 1708
Mövlud Çavuşoğlu Qarabağı müzakirə etmək üçün Moskvaya gedir

Dekabrın 29-da Rusiyaya nəzərdə tutulan səfərimiz çərçivəsində ikitərəfli münasibətlər, əlaqələrimizin gələcək vəziyyəti, regional proseslərdə birgə əməkdaşlıq, o cümlədən Qafqazda uzunmüddətli sülhün yaradılması kimi mövzularda müzakirələr aparacağıq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında ifadə edib.

Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında atəşkəsi nəzarətdə saxlamaq məqsədilə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandığını xatırladan nazir Mövlud Çavuşoğlu deyib ki, bu məsələ ilə bağlı Azərbaycanın ev sahibliyi ilə müzakirələr aparırıq. Proseslər Can Azərbaycanın ərazi bütövlüyü, BMT Təhlükəsizlik Şurası və ATƏT-in qərarları çərçivəsində davam etməlidir. Səfər çərçivəsində bu məsələlər ətrafında da müzakirələr aparılacaq.