logo

Dekabrın 30-dan Kiyev-Bakı aviareysləri bərpa edilir

19:41 27-12-2020 | icon 2163
Dekabrın 30-dan Kiyev-Bakı aviareysləri bərpa edilir

Kiyevdən bir sıra şəhərlərə, eləcə də əks istiqamətə aviareyslər həyata keçirən "Ukrayna Beynəlxalq Hava Yolları"(Ukraine İnternational) aviaşirkəti dekabrın 30-dan Kiyevdən Bakıya reysləri bərpa etməyə qərar verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki , bu barədə şirkətin saytında  məlumat yerləşdirilib.

Bildirilib ki, Ukrayna paytaxtından Bakıya aviareyslərin biletləri artıq satışa çıxarılıb. 

Bu marşrut üzrə reyslər dekabrın 30-dan başlayaraq hər çərşənbə və bazar günləri Ukrayna paytaxtındakı Borispol Beynəlxalq Hava Limanından , hər bazar ertəsi və cümə axşamı isə Azərbaycan paytaxtından həyata keçiriləcək.