logo

Zakir Həsənov Pakistanın müdafiə nazirinə başsağlığı verdi

17:37 27-12-2020 | icon 1603
Zakir Həsənov Pakistanın müdafiə nazirinə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının federal müdafiə naziri Pervez Xattaka və Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya hərbi helikopterin qəzaya uğraması nəticəsində Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması ilə bağlı başsağlığı ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Başsağlığı məktubunda deyilir: “Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.