logo

Daha bir vəkil koronavirusdan dünyasını dəyişib

14:54 27-12-2020 | icon 1722
Daha bir vəkil koronavirusdan dünyasını dəyişib

Vəkillər Kollegiyasının daha bir üzvü dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov COVID-19 xəstəliyindən vəfat edib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Allah rəhmət eləsin!