logo

Sabiq icra başçısı vəfat etdi

13:37 27-12-2020 | icon 364
Sabiq icra başçısı vəfat etdi

Qax rayon İcra Hakimiyyətinin sabiq başçısı Kamal Muxtarlı dekabrın 27-də dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Qeyd edilib ki, 62 yaşlı Kamal Muxtarlı şəkər xəstəliyindən əziyyət çəkirmiş. 

Qeyd edək ki, K.Muxtarlı 1992-93-сü illərdə Qax rayon İcra Hakimiyyətinin başçısı, uzun müddət isə Qax rayon Peşə Liseyinin direktoru vəzifələrində çalışıb.