logo

İranda dağda baş vermiş qar uçqununda ölənlərin sayı 12-yə çatdı

12:25 27-12-2020 | icon 2128
İranda dağda baş vermiş qar uçqununda ölənlərin sayı 12-yə çatdı

Tehran yaxınlığında dağda baş vermiş qar uçqunu nəticəsində 10-dan çox insan həlak olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, xilasedicilər ölənlərin sayının artacağını istisna etmirlər.

Bu saata qədər dağlıq ərazidə 11 cəsəd tapılıb, daha bir nəfər isə xəstəxanada ölüb.

Qeyd edək ki, son günlər İranda hava şəraiti pisləşib. Çovğun daha da güclənib, güclü külək əsir və qar yağır.