logo

Kürdəmirdə körpüdə "Jiquli" ilə “KAMAZ” toqquşdu: 2 nəfər öldü 

11:10 27-12-2020 | icon 1764
Kürdəmirdə körpüdə "Jiquli" ilə “KAMAZ” toqquşdu: 2 nəfər öldü 

Kürdəmirdə iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə bu gün səhər saat 9 radələrində H.Əliyev prospektindəki körpüdə qeydə alınıb. Belə ki, Kürdəmir rayon sakini Xaliq Durmuş oğlu Cavadovun idarə etdiyi “KAMAZ” markalı yük maşını hərəkətdə olarkən əks istiqamətdən gələn 29 yaşlı Arzuman İlqar oğlu Quliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub. Nəticədə A.Quliyev və sərnişini 53 yaşlı İlqar Səməd oğlu Quliyev hadisə yerində həlak olublar.

Hər iki cəsəd müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı təhqiqat aparılır.