logo

İlham Əliyev Gürcüstanın baş nazirini təbrik etdi

10:33 27-12-2020 | icon 1757
İlham Əliyev Gürcüstanın baş nazirini təbrik etdi

Prezident İlham Əliyev Gürcüstanın baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə Giorgi Qaxariyaya təbrik məktubu ünvanlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: “

Hörmətli cənab baş nazir,

Gürcüstanın baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Gürcüstan münasibətləri tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq dinamik və hərtərəfli inkişaf etməkdədir.

İnanıram ki, siyasi, iqtisadi və humanitar sahələrdə daim genişlənən əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".