logo

Paşinyan cangüdənlərinin sayını artırdı - Video

22:10 22-11-2020 | icon 1750
Paşinyan cangüdənlərinin sayını artırdı - Video

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Müqəddəs Eçmiadzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.

YeniAvropa xəbər verir ki, bu barədə Ermənistanın "news.am" saytı məlumat yayıb. 

Baş nazirin gözlənilmədən mühafizəçilərinin sayını xeyli artırması yerli mətbuatın diqqətini cəlb edib.Xəbərdə bildirilib ki, Paşinyan və xanımı kilsənin ərazisinə girən kimi mühafizəçilər onun qapılarını bağlayıblar.

Qeyd edək ki, Ermənistan müxalifəti artıq bir neçə gündür ölkə hakimiyyəti əleyhinə kütləvi etiraz aksiyaları keçirir. Paytaxt Yerevan və digər şəhərlərdə keçirilən aksiyalarda etirazçılar Paşinyanın hakimiyyət komandasının istefasını tələb edirlər. Akasiyalar zamanı hökumət rəsmilərindən bir neçəsi, eləcə də etirazçılar xəsarət alıb.