logo

Polşanın Azərbaycandakı səfiri Füzulidə gördüklərindən dəhşətə gəlib

20:13 22-11-2020 | icon 1862
Polşanın Azərbaycandakı səfiri Füzulidə gördüklərindən dəhşətə gəlib

“Biz bu gün Füzulidə tamamilə dağılmış ərazilər gördük”.

YeniAvropa xəbər verir ki, bu fikri Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bu gün işğaldan azad edilmiş Füzuli rayonunda səfərdən sonra  KİV-ə müsahibəsində səsləndirib.

Səfir deyib ki, bu, bir ölkə üçün acınacaqlı vəziyyətdir və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Bunun Ermənistan tərəfindən Azərbaycan ərazisində törədilmiş hərbi cinayət kimi dəyərləndirilməsinə gəlincə, R.Poborski qeyd edib ki, bu, faktlarla təsdiq olunmalıdır: “Mən inanıram ki, tez bir zamanda Azərbaycan dövləti buranı gözəl məkana çevirəcək”.