logo

Türkiyə hərbçiləri Qarabağda bir il xidmət edəcəklər

13:53 22-11-2020 | icon 1799
Türkiyə hərbçiləri Qarabağda bir il xidmət edəcəklər

“Mehmetçik Rusiya ilə yaradılacaq birgə mərkəzdə və bu mərkəzin icra edəcəyi fəaliyyətlərdə bir il müddətində xidmət edəcək”.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, Türkiyə hərbçiləri yaxın vaxtlarda Azərbaycana yola düşəcəklər. Onun sözlərinə görə, quru qoşunları hazırlığı qurtarıb.

Xatırladaq ki, Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Layihəyə əsasən, Türkiyə hərbçiləri bir il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.