logo

Sabah Bakıda arabir yağış yağacaq,10 dərəcə isti olacaq

11:58 22-11-2020 | icon 1715
Sabah Bakıda arabir yağış yağacaq,10 dərəcə isti olacaq

Azərbaycanda noyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb.

Azərbaycan respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildiriblər ki, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Noyabrın 23-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayır-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.