logo

Azərbaycandakı diplomatik korpus nümayəndələri Füzuliyə səfər ediblər

11:49 22-11-2020 | icon 2170
Azərbaycandakı diplomatik korpus nümayəndələri Füzuliyə səfər ediblər

Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi bildirib ki, səfərdə 120-dən çox diplomat iştirak edir.