Avstriyada bankları yaran dəstə seyflərdən milyonlarla avro aparıb
Avstriyanın bir neçə bankında qeyri-adi qarət hadisəsi baş verib. Peşəkar cinayətkar dəstə bütün elektron təhlükəsizlik baryerlərini aşaraq həmin banklarda müştərilərə məxsus seyflərə müdaxilə edib və bir neçə milyon avro dəyərində pul və qiymətli əşyaları oğurlayıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Aşağı Avstriya federal əyaləti və Vyana şəhərində yerləşən bank filialları müştərilərə ən son texnologiyaların köməyi ilə xidmət göstərir. Belə ki, bu bank filiallarında seyf kirayə edən müştərilər bank əməkdaşlarının iştirakı olmadan 24 saat rejimdə müvafiq təhlükəsizlik mexanizmləri və kodlarla öz seyflərindən istifadə edə bilirlər. Elektron təhlükəsizlik prosesindən sonra xüsusi otaqda müştəriyə məxsus seyf bankın deposundan təqdim edilir və yenidən müştəri tərəfindən depoya ötürülür.
Məhz bu filiallar üzrə “ixtisaslaşan” peşəkar cinayətkar dəstə bütün texniki və təhlükəsizlik maneələrini aşaraq, bir çox müştərinin bankdakı seyfini açıb, oradan pul və qiymətli əşyaları ələ keçiriblər.
Avstriya polis orqanlarının məlumatına görə, baş verən silsilə cinayət hadisəsi barədə polisə məlumat noyabrın 20-də daxil olub. Lakin hesab olunur ki, cinayətkar dəstə oktyabr ayından başlayaraq gecə saatlarında bank seyflərinə dəfələrlə müdaxilə etməyi bacarıb. Filiallarda heç bir güc tətbiqi baş vermədiyinə görə polis cinayət hadisəsi barədə yalnız seyf sahiblərinin şikayətindən sonra xəbər tutub.
Cinayət hadisələri baş verən banklardan bildirilib ki, müştərilərə dəyən zərərin miqdarı milyonlarla avroya bərabərdir. Lakin hər bir seyfin tərkibi 4000 avro məbləğində sığortalandığına görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi mürəkkəb prosesə çevrilə bilər. Qanunla bankların seyflərdə saxlanılan qiymətli əşyalar və pulun miqdarı barədə məlumat əldə etmə hüququ olmadığına görə, müştərilərlə banklar arasında yaxın gələcəkdə qalmaqal və çəkişmələr qaçılmaz ola bilər. Eyni zamanda, digər müştərilərin həmin banklara qarşı etimadının azalması onların nüfuzuna da zərbə vuracaq.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq