logo

Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir

09:38 21-11-2020 | icon 2205
Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir

Noyabrın 21-də Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, səsvermə prosesi 17 majoritar dairə üzrə təşkil olunub.

İkinci mərhələdə səsvermə paytaxt Tbilisi şəhəri üzrə 8, bölgələr üzrə isə 9 seçki dairəsində başlayıb.

Səsvermədə 2 milyon 140 min 210 seçicinin iştirakı nəzərdə tutulub. Onlar 1923 məntəqə və karantin zonalarında yaradılan 80 xüsusi məntəqədə öz seçimlərini edə biləcəklər.

Seçkiləri izləmək üçün seçki subyektlərinin 9521 nümayəndəsi, 132 yerli təşkilatın 47 min 345, 48 beynəlxalq təşkilatın isə 920 müşahidəçisi qeydiyyatdan keçib.

Qeyd edək ki, bu gün həmçinin, Kutaisi şəhərində növbədənkənar mer seçkilərinin də II turu keçirilir.

Səsvermə prosesi saat 20:00-da başa çatacaq.