logo

Azərbaycanın məşhur diktoru vəfat etdi

21:52 20-11-2020 | icon 336
Azərbaycanın məşhur diktoru vəfat etdi

Azərbaycanın xalq artisti, dövlət televiziyasının məşhur diktoru Sabir Ələsgərov vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə əməkdar jurnalist, professor Qulu Məhərrəmli məlumat verib. 

Onun sözlərinə görə, S.Ələsgərov bu gün səhər 84 yaşında vəfat edib və artıq dəfn olunub. "Sabir Ələsgərov bizim televiziyamızın və radiomuzun tarixində özünəməxsus dəsti-xətti olan, bir çox verilişlərin aparıcısı və diktor məktəbimizin çox parlaq nümayəndəsi kimi yaddaşlarda qalacaq",-deyə Qulu Məhərrəmli vurğulayıb.

Qeyd edək ki, Sabir Ələsgərov uzun müddət  xərçəng xəstəliyindən əziyyət çəkib. Onun müalicəsi ATU-nun Klinik-terapeya şöbəsində davam etdirilib. 

Bir qədər əvvəl "KanalS" Sabir Ələsgərov haqda süjet hazırlayıb. Onu təqdim edirik: