logo

Rusiya sülhməramlı kontingenti tam şəkildə Qarabağda yerləşdirilib

21:19 20-11-2020 | icon 1743
Rusiya sülhməramlı kontingenti tam şəkildə Qarabağda yerləşdirilib

Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda yerləşdirilməsi tamamilə başa çatıb.

YeniAvropa xəbər verir ki, bu  barədə “RİA Novosti” agentliyi Rusiyanın müdafiə naziri Sergey Şoyquya istinadla məlumat yayıb. 

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda yerləşməni tam şəkildə başa çatdırıb və qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıb”, - deyə S.Şoyqu vurğulayıb.

Müdafiə naziri bildirib ki, ümumilikdə 250 təyyarə uçuşu icra olunub, 1960 hərbçi və 552 texnika daşınıb, 23 müşahidə postu yerləşdirilib. Laçın dəhlizi və yolun Xankəndiyə qədər olan 28 kilometrlik hissəsi tam şəkildə partlayıcı predmetlərdən və vurulmuş texnikalardan təmizlənib.