logo

Rüstəm Orucov Avropa çempionatında üçüncü oldu

20:10 20-11-2020 | icon 2429
Rüstəm Orucov Avropa çempionatında üçüncü oldu

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.

YeniAvropa xəbər verir ki, Avropa çempionumuz, Olimpiya Oyunları və dünya çempionatlarının mükafatçısı Rüstəm Orucov (-73 kq) ikinci dəfə qitənin ən güclüsü ola bilməyib.

O ardıcıllıqla Klaudio Nuneş dos Santos (Lüksemburq) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlsə də, Olimpiya və Avropa çempionu Laşa Şavdatuaşviliyə (Gürcüstan) uduzub.

Təsəlliverici yarışda bürünc medal üçün yarışan R..Orucov Tohar Butbul (İsrail) və Nils Ştumpa (İsveçrə) qalib gələrək üçüncü dəfə Avropa çempionatının bürünc medalını qazanıb.