logo

Teymur Rəcəbovun “Skillinq Open”dəki rəqibləri müəyyənləşib

19:20 20-11-2020 | icon 364
Teymur Rəcəbovun “Skillinq Open”dəki rəqibləri müəyyənləşib

Azərbaycanın ən güclü şahmatçılarından olan Teymur Rəcəbovun “Skillinq Open” onlayn şahmat turnirində rəqibləri müəyyənləşib.

YeniAvropa xəbər verir ki, dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə baş tutacaq turnirdə M.Karlsen də daxil olmaqla, Liren Dinq (Çin), David Anton (İspaniya), Sergey Karyakin, Yan Nepomnyaşi, Pyotr Svidler (hər üçü Rusiya), Le Quanq Liem (Vyetnam), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Aniş Giri (Niderland), Yan-Kşiştof Duda (Polşa), Maksim Vaşye-Laqrav (Fransa), Alireza Firuzca (FİDE), Vidit Quyrati (Hindistan), Levon Aronyan (Ermənistan) iştirak edəcəklər.

Turnir “Champions Chess Tour” seriyasına aiddir. Turnirin mükafat fondu 1,5 milyon dollar olacaq.

Yarış noyabrın 22-də start götürəcək.