logo

Paşinyanın 130 milyon dollarlıq selfisi

17:57 20-11-2020 | icon 1680
Paşinyanın 130 milyon dollarlıq selfisi

Ermənistanın hərbi büdcəsindən 130 milyon dolları ona görə xərclədilər ki, Nikol Paşinyan 2 dəfə selfi çəksin.

YeniAvropa xəbər verir ki, bu sözləri Ermənistanın hüquq müdafiəçisi Aqasi Yenokyan öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, 130 milyon dollar xərcləyərək 2 ədəd Su-30 hərbi təyyarəsi aldılar. Lakin bu təyyarələr xarab çıxdı və işə yaramadı. Deməli, bu təyyarələr ona görə alınmışdı ki, baş nazir Nikol Paşinyan onlardan birinə minib selfi çəkdirsin.

Hüquq müdafiəçisi onu da nəzərə çatdırıb ki, Ermənistan oliqarxlarının evlərinin qiyməti 3 milyon dallardan az deyil. Qoy onlar evlərini satıb normal silah alsınlar.