logo

Ölkədə koronavirus antirekordu davam edir:3169 yeni yoluxma, 26 ölü 

16:10 20-11-2020 | icon 259
Ölkədə koronavirus antirekordu davam edir:3169 yeni yoluxma, 26 ölü 

Azərbaycanda koronavirus infeksiyasına daha 3169 yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 87 min 163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 60 min 869 nəfər müalicə olunaraq sağalıb, 1079 nəfər vəfat edib. Aktiv xəstə sayı 25215 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 576 min 60 test aparılıb. Bugünkü test sayı isə 13618-dir.