logo

Lerik və Yardımlı rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb

13:10 20-11-2020 | icon 294
Lerik və Yardımlı rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb

Ölkəmizin cənub bölgəsinə yağan aramsız yağışlar Lerik və Yardımlı rayonlarının yüksək dağlıq ərazilərində qarla müşayiət olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib.Onun sözlərinə görə, rayonun Kələxan, Qosmaliyan, Mistan, Orand və Pirəsurə icra nümayəndəliklərinin ərazində yerləşən kəndlərə qar yağıb. Qarın hündürlüyü yüksək dağlıq ərazilərdə 5-10 santimetr təşkil edir.

Yardımlı rayonunun Arvana və Allar dağlarına yağan qarın hündürlüyü isə 5-10 santimetr təşkil edir.

Kəskin hava şəraitinə baxmayaraq, hər iki rayonun yaşayış məntəqələrində əhaliyə elektrik enerjisinin verilməsində, təbii qaz təchizatında, nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem olmayıb.