Azərbaycanın şimal-qərb rayonlarında bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Qax rayon İH-dən bildirilib. Qeyd edilib ki, hazırda rayonda çiskinli və yağmurlu hava şəraiti davam edir.
Noyabrın 20-də gecə saatlarında rayonun İlisu və Sarıbaş kəndlərində dağlara sulu qar və qar yağıb. Evlərin damlarında da az miqdarda qar müşahidə olunur.