logo

Orxan Səfərov Avropa çempionu oldu

21:20 19-11-2020 | icon 2282
Orxan Səfərov Avropa çempionu oldu

Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatında cüdoçumuz Orxan Səfərov (66 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.

 YeniAvropa xəbər verir ki, qitə çempionatında finala qədər italiyalı Manuel Lombard, slovakiyalı Matej Poliak, serbiyalı Sebastian Seidl üzərində qələbə qazanan cüdoçumuz yarımfinalda Serbiyanın daha bir cüdoçusu Strahinja Buncıcə də qalib gəlib. Finaldakı rəqibi İsrail cüdoçusu Tal Flicker üzərində də inamlı qələbə qazanan O.Səfərov Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı ümumilikdə 14 idmançı təmsil edir.