logo

Günün sonunadək bütün yaşayış binaları istiliklə təchiz olunacaq

17:21 19-11-2020 | icon 1736
Günün sonunadək bütün yaşayış binaları istiliklə təchiz olunacaq

“Azəristiliktəchizat” ASC abonentlərə müraciət edib.

ASC-dən YeniAvropa-ya bildirilib ki, 2020/2021-ci illər payız-qış mövsümünün başlanması ilə əlaqədar “Azəristiliktəchizat”a məxsus bəzi qazanxana və istilik məntəqələrinin işə salınmasında ləngimələr baş vermişdi.

Bununla əlaqədar olaraq “Azəristiliktəchizat” ASC abonentlərdən üzr istəyir və bildirir ki, hazırda bütün qazanxana və istilik məntəqələri tam işə salınıb, günün sonuna kimi bütün yaşayış binaları və sosial obyektlərin istiliklə təchiz edilməsi təmin olunacaq.