logo

Xüsusi karantin rejimi müddətində şənbə və bazar günləri bir sıra sahələr üzrə fəaliyyətə icazə verilir

15:30 19-11-2020 | icon 1589
Xüsusi karantin rejimi müddətində şənbə və bazar günləri bir sıra sahələr üzrə fəaliyyətə icazə verilir

Xüsusi karantin rejimi müddətində şənbə və bazar günləri bir sıra sahələr üzrə fəaliyyətə icazə verilir.

 YeniAvropa xəbər verir ki, həmin fəaliyyət sahələri Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli Qərarına 1 nömrəli əlavədə müəyyənləşdirilib.

Fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:

- hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanlar və vəkillər;

- fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanları;

- səhiyyə və sosial xidmət müəssisələri, dezinfeksiya xidmətləri;

- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı;

- fasiləsiz fəaliyyət göstərən müəssisələr, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələri;

- apteklər, ərzaq mağazaları (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələri;

- kütləvi informasiya vasitələri;

- mühafizə xidmətləri.