logo

Koronavirusa qarşı vaksinin ölkəyə gətirilməsi üçün müvafiq işlər aparılır

14:24 19-11-2020 | icon 1841
Koronavirusa qarşı vaksinin ölkəyə gətirilməsi üçün müvafiq işlər aparılır

Koronavirusa qarşı Azərbaycana vaksinin gətirilməsi istiqamətində müvafiq addımlar atılır.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 19-da keçirilən brifinqdə deyib.

“Dünyada koronavirus vaksininin istehsalı ilə bağlı gedən proseslər yaxından izlənilir. Beynəlxalq səviyyədə təsdiq olunacaq vaksinin Azərbaycana gətirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən tədbirlər həyata keçirilir",-deyə Hikmət Hacıyev bildirib.