logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

13:53 19-11-2020 | icon 1729
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 18 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər,o cümlədən, borclu şəxs qismində axtarılan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.