logo

Yerevanda Paşinyanın istefası tələbi ilə etirazlar başladı

13:31 19-11-2020 | icon 2317
Yerevanda Paşinyanın istefası tələbi ilə etirazlar başladı

Ermənistanın paytaxtı Yerevanda yenidən etiraz aksiyası başlayıb.

YeniAvropa erməni KİV-lərinə istinadla xəbər verir  ki,aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Etirazçılar İrəvan küçələrindən birini bağlayıblar. Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda aksiya davam edir.